NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ-da neft ehtiyatları milyonlarla barel azalıb

Analitiklər neft ehtiyatlarının 800 min barel artacağını, benzin ehtiyatlarının 1 milyon barel azalacağını və distillat ehtiyatlarının isə 1 milyon barel artacağını gözləyirdilər.
Sputnik
BAKI, 17 avqust - Sputnik. ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə ərzində 7,06 milyon barel azalaraq 424,95 milyon barel səviyyəsinə düşüb.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Benzinin əmtəə ehtiyatları 4,64 milyon barel azalaraq 215,67 milyon barel təşkil edib.
Distillatların kommersiya ehtiyatları 766 min barel artaraq 112,26 milyon barelə çatıb (Report).
Analitiklər neft ehtiyatlarının 800 min barel artacağını, benzin ehtiyatlarının 1 milyon barel azalacağını və distillat ehtiyatlarının isə 1 milyon barel artacağını gözləyirdilər.