RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Şoyqu: "Ukraynada nüvə silahından istifadəyə ehtiyac yoxdur"

Şoyqu əlavə edib ki, Qərb mövcud beynəlxalq münasibətlər sistemini Qərb qaydalarına əsaslanan dünya nizamı ilə əvəz etmək istəyir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Şimali Atlantika Alyansı "maskalarını çıxarıb" və blokun aqressiv xarakterini gizlətməyi dayandırıb. Bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.
"NATO maskalarını çıxarıb. Blokun aqressiv xarakteri artıq koalisiya fəaliyyətinin müdafiə istiqamətində formalaşdırılmasının arxasında gizlənmir", - Rusiya müdafiə departamentinin rəhbəri bildirib.
Onun sözlərinə görə, alyansın sənədlərində qlobal dominantlıq iddiaları gücləndirilib. Şoyqu əlavə edib ki, Qərb mövcud beynəlxalq münasibətlər sistemini Qərb qaydalarına əsaslanan dünya nizamı ilə əvəz etmək istəyir.
Şoyqu bildirib ki, Ukraynada nüvə silahından istifadəyə ehtiyac yoxdur. O, həmçinin kimyəvi silahdan mümkün istifadə ilə bağlı xəbərləri absurd adlandırıb.
Bundan əvvəl "Washington Post" (WP) yazıb ki, Şərqi Avropa və Baltikyanı ölkələr Şimali Atlantika Alyansına əvvəllər bağlanmış müqavilələr çərçivəsində silah tədarükünü sürətləndirmək, habelə NATO-nun mövcudluğunu gücləndirmək çağırışı ilə müraciət ediblər. Estoniya Müdafiə Nazirliyi HIMARS çoxsaylı buraxılış raket sistemləri, Reaper pilotsuz uçuş aparatları və əks batareya döyüş radarları tələb edir. Polşa da öz növbəsində Patriot raket sistemləri, F-16 qırıcıları, Abrams tankları və eyni zamanda HİMARS tələb edir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.