RUSİYA

Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyaya xəbərdarlıq etdi

Rusiya Müdafiə Nazirliyi baş verə biləcək hər şeyə görə bütün məsuliyyətin rəsmi Londonun üzərinə düşəcəyini xatırladıb.
Sputnik
BAKI, 16 avqust - Sputnik. Böyük Britaniya ölkənin kəşfiyyat təyyarəsinin Rusiyanın da hava məkanından keçəcək marşrutla uçuşu üçün müraciət edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik Rusiya Hava Kosmik Qüvvələrinə təyyarənin Rusiya səması üzərindən uçuşuna mane olmaq tapşırığı verib.
“Böyük Britaniya RC-135 kəşfiyyat təyyarəsinin Rusiya ərazisindən keçərək uçuşu üçün müraciət edib. Bunu məqsədyönlü təxribat sayırıq”, - MN-nin açıqlamasında deyilir.
Rusiya Müdafiə Nazirliyi baş verə biləcəklərə görə bütün məsuliyyətin rəsmi Londonun üzərinə düşəcəyini xatırladıb.