RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin Qərbin Ukraynaya yardımını düzgün dəyərləndirib – "Politico"

Məqalədə Rusiya prezidentinin iqtisadi vəziyyət pisləşəndə Qərbin Kiyevə yardımının zəifləyəcəyi ilə bağlı doğru ehtimalından bəhs edilir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin qərb ölkələrinin Ukraynaya hərbi yardımı ilə bağlı düzgün proqnoz verib. Bunu amerikalı politoloq Radcan Menon "Politico"da dərc olunan məqaləsində yazır.
Məqalədə Rusiya prezidentinin iqtisadi vəziyyət pisləşəndə Qərbin Kiyevə yardımının zəifləyəcəyi ilə bağlı doğru ehtimalından bəhs edilir. "Putin hesab edir ki, Ukraynaya Qərb yardımı hərbi əməliyyatların iqtisadi nəticələri gücləndikcə zəifləyəcək - o, bu məsələdə də haqlı ola bilər", - deyə bildirilir.
Məqalənin müəllifi, həmçinin, anti-Rusiya sanksiyaları tədbirlərinə diqqət çəkir. Onun sözlərinə görə, bu tədbirlər artıq Avropaya ziyan vurur, zaman keçdikcə isə vəziyyət yalnız pisləşə bilər. Menon qeyd edir ki, artıq bu gün Avropa ölkələrində yüksək inflyasiyanı və enerji daşıyıcılarının qiymətinin sürətlə artmasını görmək mümkündür. "Rusiya yanacağının tədarükünün azalması isə Almaniyanı - Avropanın iqtisadi mərkəzini qışda qaz qıtlığından qaçmaq üçün qeyri-adi tədbirlər görməyə məcbur edib".
"Ola bilsin ki, Qərb sanksiyaları Rusiya iqtisadiyyatına zərbə vurub, amma Putin, deyəsən, Rusiyanın Avropadan daha dayanıqlı olacağına əmindir", - deyə o yazır.