RUSİYA

Putin qlobal təhlükəsizliyə olan təhdidlər, Qərbin hegemonluğu və suverenlik barədə

Rusiya Federasiyasının Prezidenti Beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində dünya üçün vacib olan bir sıra məqamlara toxunub.
Sputnik
BAKI, 16 avqust — Sputnik. "Kollektiv Qərb" məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini məhv edir. Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
Avropanın təhlükəsizlik sisteminin məhvi
Dövlət başçısının sözlərinə görə, "NATO "təhlükəsizliyi gücləndirmək" adı altında şərqə doğru irəliləyir. Amma əslində bu, yalnız sabitliyin əsaslarını sarsıdır", - deyə Putin sözünə davam edib.
"Sözlə desək, bu, ikiüzlü şəkildə Avropada təhlükəsizliyin gücləndirilməsi zərurəti kimi elan edilir, amma reallıqda bunun əksi baş verir", - deyən Putin, Qərbin Rusiyanın dekabr ayında qarşılıqlı kollektiv təhlükəsizliklə bağlı təkliflərinə bir daha məhəl qoymadığını vurğulayıb.
Vladimir Putin deyib ki, "Rusiyanı ləğv etmək" cəhdləri uğur qazana bilməz.
"Mədəniyyətimizi ləğv etmək, Rusiyanı ləğv etmək üçün edilən bütün cəhdlər əbəsdir. Bu, sadəcə, axmaqlıqdır. Əksini düşünənlər isə təəssüf ki, tarix dərslərini öyrənməyiblər", - deyə Rusiya lideri əminliklə bildirib.
Qərbin öz hegemonluğunu qorumaq cəhdləri
Qərb nəyin bahasına olursa-olsun öz hegemonluğunu qorumağa çalışır və bu səbəbdən də digər ölkələri cilovlamaq siyasəti aparır. Rusiya Prezidenti Vladimir Putin bunu da Beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransının iştirakçıları və qonaqlarına müraciətində bildirib.
"Onların hegemonluğu bütün dünya üçün, bütün sivilizasiya üçün durğunluq, qaranlıqlıq və mədəniyyətin ləğvi, neoliberal totalitarizm deməkdir", - deyə dövlət başçısı vurğulayıb.
Vladimir Putinin sözlərinə görə, Qərb ölkələrinin bütün səylərinə baxmayaraq, getdikcə daha çox dövlət öz suverenliyini müdafiə etməyə çalışır və yeni çoxqütblü dünya düzəninin konturları artıq yaranır.
Ukraynadakı münaqişə və ABŞ-ın məsuliyyətdən qaçmaq cəhdləri
ABŞ Ukraynadakı münaqişəni uzatmağa çalışır. Bunu mövcud vəziyyət də sübut edir. Rusiya prezidenti Vladimir Putin bu barədə müraciətində bildirib.
"Ukraynadakı vəziyyət onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar bu münaqişəni uzatmağa çalışır". – Rusiya prezidenti fikrini izah edib. – "Onlar eyni şəkildə hərəkət edərək Asiya, Afrika və Latın Amerikasında münaqişə potensialını gücləndirirlər".
Dövlət başçısı əmindir ki, ABŞ bu yolla ştatın əhalisini rekord inflyasiya və benzinin qiymətinin rekord həddə qalxması kimi özünün daxili problemlərindən yayındırmağa çalışır.
Vladimir Putin iddia edir ki, Ağ Ev əsassız olaraq yaranmış kəskin problemlərə görə bütün məsuliyyəti Rusiya və Çinin üzərinə qoymağa çalışır.
Nensi Pelosinin Tayvana səfəri
ABŞ nümayəndələr palatasının sədri Nensi Pelosinin Tayvana səfərini diqqətlə planlaşdırılmış təxribat adlandırıb. Bunu etməklə, Vaşinqton regionda "vəziyyəti sarsıtmağa" çalışırıb. Bunu Rusiya lideri Vladimir Putin bildirib.
Putin, həmçinin, Pelosinin Tayvana səfərini avantüra və digər ölkələrin suverenliyinə hörmətsizlik nümayişi adlandırıb.
"Biz bunu diqqətlə planlaşdırılmış təxribat kimi görürük", - deyə dövlət başçısı bildirib.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi ABŞ nümayəndələr palatasının sədri Nensi Pelosinin Tayvana səfərini pisləyib. Bu barədə avqustun 2-də Pelosinin olduğu təyyarə Taybey hava limanına endikdən sonra Çin diplomatik departamentinin yaydığı bəyanatda deyilir. Çin Xarici İşlər Nazirliyinin bəyanatı Çin Mərkəzi televiziyası olan CCTV tərəfindən yayımlanıb. Pekin Pelosinin səfərinə kəskin etiraz edib və bildirib ki, bu səfər "vahid Çin" prinsipinin ciddi şəkildə pozulmasıdır, ÇXR-in ərazi bütövlüyü və suverenliyini pozur. Həmçinin, Çin diplomatik departamenti ABŞ-ı Çin üzərində nəzarəti bərqərar etmək üçün "Tayvan kartı ilə oynamamağa" çağırıb.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin Qərbin Ukraynaya yardımını düzgün dəyərləndirib – "Politico"