HƏRBİ

"Dəniz kuboku"nda komandalar "Üzən mina hədəfinə atış"ı yerinə yetiriblər

Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.
Sputnik
BAKI, 16 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən verilən xəbər görə, çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.
"Dəniz kuboku" müsabiqəsində komandalar "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər
Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.
Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.
Sputnik BİA "Beynəlxalq Ordu Oyunları-2022"nin informasiya tərəfdaşıdır.