HADİSƏ

Azərbaycanda qadın prokuror vəfat edib

Prokurorluq orqanlarına yeni qəbul olunan Şölə Quliyevanın prokuror kimi ilk və son iş yeri Ağsu Rayon Prokurorluğu olub.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Ağsu rayon prokurorunun köməkçisi Şölə Quliyeva vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, ötən il prokurorluq orqanlarına qəbul olunan 28 yaşlı Ş.Quliyeva xəstəlik səbəbindən dünyasını dəyişib. O, Bakı şəhərində dəfn edilib.
Qeyd edək ki, prokurorluq orqanlarına yeni qəbul olunan Ş.Quliyevanın prokuror kimi ilk və son iş yeri Ağsu Rayon Prokurorluğu olub.
Allah rəhmət eləsin!
Qeyd edək ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 78.5 faizini təşkil edir və böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilərək, hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.