BAKI, 16 avqust — Sputnik. Avrozonada tənəzzül riskinin 2020-ci ilin noyabr ayından etibarən ən yüksək olduğu təxmin edilir. Növbəti 12 ayda iqtisadi geriləmə, ehtimal ki, 60% olacaq. Bu barədə "Bloomberg" agentliyinin sorğusunda iştirak edən iqtisadçılar məlumat veriblər.
Agentliyin məlumatına görə, bu ilin iyulunda ekspertlər Avrozonada resessiya ehtimalını 45% həcmində qiymətləndiriblər, fevralda - Ukrayna münaqişəsindən əvvəl isə bunun 20% olacağını ehtimal edirdilər. İqtisadçılar hesab edirlər ki, Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniyada artıq bu rübdə durğunluq başlaya bilər.
Ekspertlər həmçinin əlavə edirlər ki, iqtisadi vəziyyətin pisləşməsi və həyat xərclərinin artması Rusiya Federasiyasından elektrik enerjisinin təchizatındakı problemlər və Avropa İttifaqının bəzi ölkələrində quraqlıqla bağlı problemlərin fonunda baş verir. Bütün bunlar birlikdə Avrozonada inflyasiyanın artmasına gətirib çıxarmalıdır.
Bundan əvvəl İspaniyada tənəzzül təhlükəsinin artdığı bildirilirdi. Qeyd olunub ki, ötən ilin dördüncü rübünün statistikası nikbinliyə təkan vermir.
Həmçinin daha əvvəl "Daily Express" anti-Rusiya sanksiyalarını Avropanın intiharı adlandırmışdı. Nəşrdə sözlərindən sitat gətirilən Generation Frexit hərəkatının lideri Şarl-Anri Qalluanın sözlərinə görə, "sanksiya müharibəsi" dayandırılmalıdır, əks halda, "Avropa qitəsi tarixin ən böyük maliyyə böhranına düşmək riski ilə üzləşir".