CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəhərdə suyun verilməsində məhdudiyyətlər yaranacaq

Qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, hazırda "Azərsu" ASC-nin briqadası və texnikası qəza yerində işləyir: "Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq. Narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir".
PAYTAXT XƏBƏRLƏRİ
Paytaxt rayonlarının birində suyun verilməsində fasilə olacaq