TƏHSİL

X siniflər üçün şagird yerdəyişməsinə başlanılıb

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.
Sputnik
BAKI, 15 avqust — Sputnik. 15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.
Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
TƏHSİL
Məktəbli formalarının rəsmi qiymətləri açıqlandı: Satışda daha baha olacaq