RUSİYA

Rusiya XİN-dən Ağ Evə çağırış: Buna müdaxilə etməməlisiz!

Rusiya XİN-in sözçüsü Ağ Ev və Dövlət Departamentini suveren dövlətdə baş verən hər hansı digər istintaqa müdaxilə etməməyə çağırıb.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Ağ Ev və Dövlət Departamenti başqa ölkələrdə aparılan heç bir araşdırmaya müdaxilə etməməlidir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O, "Telegram" kanalında ABŞ prezident administrasiyasının keçmiş dövlət başçısı Donald Trampın əmlakında aparılan axtarışlara müdaxilə etmək niyyətində olmadığı barədə bəyanatına reaksiya verib.
"Ağ Ev ABŞ administrasiyasının keçmiş rəhbəri Donald Trampın ixtiyarında olan məxfi sənədlərin aşkarlanması ilə bağlı istintaqa müdaxilə etmir. Bunu ABŞ Prezidenti Co Baydenin mətbuat katibi Karin Jan-Pyer deyib. Bəs onda niyə başqa istintaqlara müdaxilə edir? Ağ Ev və Dövlət Departamenti suveren dövlətdə baş verən hər hansı digər istintaqa müdaxilə etməməlidir", - deyə Zaxarova yazıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunu (FTB) Mar-a-Laqo iqamətgahında axtarış zamanı ələ keçirilən sənədləri dərhal geri qaytarmağa çağırıb.
"İndicə məlum oldu ki, FTB indiki məşhur basqını zamanı vəkil-müştəri materiallarının qutularını (məxfi hüquqşünas-müştəri əməkdaşlığına dair), habelə icra orqanlarının götürməməli olduqları materiallarını götürüb. Mən xahiş edirəm ki, bu sənədlər dərhal geri qaytarılsın", - deyə o bildirib.
RUSİYA
Bayden administrasiyasının komandası Ağ Evdən qaçır - Zaxarova