RUSİYA

Putin Paşinyana başsağlığı verdi

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Şurası pirotexniki anbarda baş verən partlayış nəticəsində yanan "Sürməli" bazarında "terror aktı" ilə bağlı fərziyyələri təkrarlamamağa çağırıb.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana İrəvanın "Sürməli" topdansatış bazarında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib. Bu barədə Kremlin saytında məlumat yerləşdirilib.
"Hörmətli Nikol Vovayeviç, İrəvan ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığımızı qəbul edin", - bəyanatda deyilir.
Rusiya lideri həmçinin fövqəladə vəziyyətdə zərər çəkənlərin tezliklə sağalmasını arzulayıb.
"Sizdən həlak olanların ailələrinə ən səmimi başsağlığı və dəstək sözlərini, eləcə də bütün yaralıların tezliklə sağalması diləklərimi çatdırmağı xahiş edirəm", - məlumatda deyilir.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Şurası pirotexniki anbarda baş verən partlayış nəticəsində yanan "Sürməli" bazarında "terror aktı" ilə bağlı fərziyyələri təkrarlamamağa çağırıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağa nail olublar.
Bazarda baş verən partlayışda 6 nəfər həlak olub. 60-dan çox insan yaralanıb, daha 17 nəfər itkin düşüb. Partlayış bazar günü, avqustun 14-də günorta saatlarında şəhər mərkəzinə yaxın yerləşən "Sürməli" topdansatış bazarında baş verib.
DÜNYA XƏBƏRLƏRİ
Türkiyədən Ermənistana başsağlığı