NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti niyə aşağı düşür?

Ekspertlərin rəyinə görə, qlobal tələbin azalması ilə bağlı narahatlıqlar "qara qızıl"ın qiymətlərini ucuzlaşdırır.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,99 dollar azalaraq 97,16 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,92 dollar ucuzlaşaraq 91,17 dollar olub.
Qlobal tələbin azalması ilə bağlı narahatlıqlar neftin qiymətini aşağı salır. Digər tərəfdən, OPEC 2022-ci ildə neftə olan tələb proqnozunu gündəlik 0,3 milyon barel azaldaraq 3,1 milyon barel müəyyən edib.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti qiyməti 1,57 dollar azalaraq 98,19 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.