BAKI, 15 avqust - Sputnik. Hərbi Dəniz Qüvvələrində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Bakı şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, Qaradağ rayon İcra Hakimiyyətinin, Respublika Veteranlar Təşkilatının, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və iştirakçı ölkələrin nümayəndələri, hərbi attaşelər, yerli və xarici kütləvi informasiya vasitələrinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər.
Церемония открытия конкурса "Кубок моря"
© Sputnik / Kamale Aliyeva
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müsabiqədə iştirakçı dövlətlərin bayraqları hərbi orkestrin müşayiəti ilə meydana daxil olublar. Mərasimdə müsabiqəyə ev sahibliyi edən Azərbaycanın dövlət himni ifa edilib, üçrəngli bayrağı qaldırılıb.
Mərasimdə çıxış edənlər qonaqları salamlayıb, onlara "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində ölkəmizdə keçirilən "Dəniz kuboku" müsabiqəsinin açılışı münasibətilə müdafiə nazirinin təbrikini çatdırıblar.
Bildirilib ki, Beynəlxalq Ordu Oyunları hərbi əməkdaşlığın, hərbçilər arasında dostluğun möhkəmləndirilməsi, peşəkarlığın daha da artırılması məqsədinə xidmət edir. Qeyd olunub ki, “Dəniz kuboku” müsabiqəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcək.
Bakıda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib
© Sputnik / Kamale Aliyeva
Sonra “Dəniz kuboku” beynəlxalq müsabiqəsi açıq elan edib.
Açılış mərasimdə incəsənət ustalarının, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.
“Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparacaqlar.
“Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparacaqlar.
***
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsinin açılışı keçirilib.
Yarışda 4 komanda - Azərbaycan, Rusiya, İran və Qazaxıstan komandaları iştirak edir.
Açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqları salamlayıb, bütün komandalara uğurlar arzu edib:
"Yarışın keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaradılmasıdır".
"Dəniz kuboku"beynəlxalq yarışlarda iştirak edən gəmilər:
1.Azərbaycan Hərbi Dəniz Qüvvələri:
-G-124 gözətçi gəmisi;
-G-122 gözətçi gəmisi.
-G-124 gözətçi gəmisi;
-G-122 gözətçi gəmisi.
2.Rusiya Hərbi Dəniz donanmasının Xəzər flotiliyası:
-" Mahaçkala"gəmisi;
-"Astraxan"gəmisi.
-" Mahaçkala"gəmisi;
-"Astraxan"gəmisi.
3.İran Hərbi Dəniz Qüvvələri:
-"Peykan"raket kateri;
-"Cövşən"raket kateri.
-"Peykan"raket kateri;
-"Cövşən"raket kateri.
4.Qazaxıstan Hərbi Dəniz Qüvvələri:
-"Oral"gəmisi;
-"Sarıarka" gəmisi.
-"Oral"gəmisi;
-"Sarıarka" gəmisi.
"Dəniz kuboku" müsabiqəsi aşağıda qeyd olunan 3 mərhələdə keçirilib:
1.Artilleriya atəşlərinin yerinə yetirilməsi
2) Gəminin dayanıqlığı uğrunda mübarizə ve xilasetmə hazırlığı
3) Dəniz hazırlığı
Qeyd edək ki, "Dəniz kuboku" müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir. Bundan əlavə "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda "Dostluq evində" Azərbaycan pavilyonu yaradılıb.