PAYTAXT XƏBƏRLƏRİ

"Bakmil" stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edilib

Yay qrafikinin iş günləri cədvəlinə edilmiş əlavəyə uyğun olaraq, hər iş günü qatarların hərəkəti "Nərimanov" stansiyasından "Bakmil" stansiyasına və "Bakmil" stansiyasından "Nərimanov" stansiyasına təşkil olunacaq.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Aparılmış monitorinqlərin nəticəsi və sərnişinlərin müraciəti nəzərə alınaraq, "Bakmil" stansiyası istiqamətində qatarların hərəkət cədvəlinə düzəliş edilib.
"Bakı Metropoliteni"ndən verilən məlumata görə, yay qrafikinin iş günləri cədvəlinə edilmiş əlavəyə uyğun olaraq, hər iş günü aşağıda qeyd edilən istiqamətlərdə qatarların hərəkəti təşkil olunacaq:
- 06:40-da - "Nərimanov" stansiyasından "Bakmil" stansiyasına;
- 07:16-da - "Bakmil" stansiyasından "Nərimanov" stansiyasına.