BAKI, 14 avqust — Sputnik. Sumqayıtda təcili tibbi yardım maşını qəzaya uğrayıb.
APA-nın məlumatına görə, şəhərin Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində təcili tibbi yardım avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində təcili tibbi yardım maşınında olan 3 nəfər yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.