HADİSƏ

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Yaralanan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Sputnik
BAKI, 14 avqust — Sputnik. Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, qəza magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
HADİSƏ
Bakı-Sumqayıt yolunda zəncirvari qəza