RUSİYA

Fransalı diplomat: "Rusiya ilə dialoqu davam etdirmək istəyirik"

Fransalı diplomat bildirib ki, İndi danışıqlar mərhələsi deyil, indi hərbi əməliyyatlar mərhələsidir, lakin elə vaxt gələcək ki, danışıqlar lazım olacaq.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Fransa Rusiya ilə dialoqu davam etdirmək istəyir. Bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Leyandre "Franceinfo" radiostansiyasının efirində bildirib.
Leyandre bildirib ki, dialoq danışıqlar vaxtı çatanda lazım olacaq.
"Rusiya ilə dialoq kanalı danışıqlar vaxtı gələn ana kimi saxlanılmalıdır. İndi danışıqlar mərhələsi deyil, indi hərbi əməliyyatlar mərhələsidir, lakin elə vaxt gələcək ki, danışıqlar lazım olacaq", - Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Berlində keçirilən mətbuat konfransı zamanı Ukraynanın bərpasının Marşal planından daha iddialı olacağını və milyardlarla vəsaitə başa gələcəyini bildirmişdi. Bundan əlavə, onun sözlərinə görə, sülhün bağlanması məsələlərinin həlli Ukrayna və onun vətəndaşlarının müstəsna səlahiyyətində qalır. Kansler əlavə etdi ki, məcburi sülh işə yaramayacaq.
Fransa prezidenti Emmanuel Makron da Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynanın bərpasına maliyyə yardımı göstərəcəyini vəd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.