BAKI, 12 avqust - Sputnik. Ermənistan hökuməti Gürcüstan tərəfinə “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin yükü ilə əlaqədar Rusiyaya və geriyə dəniz yolu ilə yüklərin daşınmasına başlamaq xahişi ilə müraciət edib.
Bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyinin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, söhbət tez xarab olan ərzaq məhsullardan gedir.
Ermənistan tərəfi bildirib ki, Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin gecə-gündüz fəaliyyət göstərməsinə baxmayaraq, Gürcüstanın tranzit dəhlizinin sıxlığı səbəbindən yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib (Report)
“Çox vaxt Rusiyadan Ermənistana və geriyə gedən malların emalı bir neçə həftə çəkir ki, bu da tez xarab olan məhsullar üçün pisdir”- məlumatda deyilir.