BAKI, 12 avqust — Sputnik, Lev Sklyar. Məlum olduğu kimi, dünyanın ən kasıb bölgələrində aclıq problemini həll etməli olan Ukrayna taxıl və günəbaxan yağı olan gəmilər zəngin Avropaya göndərilir. "Sputnik" quru yük gəmilərinin marşrutlarını tədqiq edərək, "humanitar" ləvazimatların hara getdiyini və son nəticədə qlobal ərzaq böhranında kimin günahkar olduğunu müəyyən edib.
Avropa və BMT Afrikanı aclıqdan necə "xilas edirdilər"
XHƏ-ın başlaması ilə, sanksiyalardan sonra Rusiyaya dünyada aclıq təhlükəsi yaratmaq ittihamları yağdı. Moskva "taxıl müharibəsini açmaqda", "taxıl oğurluğunda" və Ukraynada yeni "açlığın yayılmasında", ən əsası isə Ukrayna limanlarının blokadasında ittiham olunurdu. Makron və Şolts bir-biri ilə yarışırdılar ki, Odessa və Çernomorskdan taxıl tədarükü olmasa, Afrika ölkələri şübhəsiz ki, aclıq, xəstəlik və müharibə ilə bürünəcək. Makron və Şolts qarşılıqlı şəkildə bildirirdilər ki, Odessadan və Qara dəniz sahilindən taxıl tədarük edilməsə, Afrika ölkələrini mütləq aclıq, xəstəlik və müharibələr ağuşuna alacaq.
"Biz bu yoxsul ölkələri tərk etməyəcəyik, biz onları mütləq dəstəkləyəcəyik", – deyə Almaniya kansleri ruh yüksəkliyi ilə söz verdi.
BMT bu ittihamları "havada tutdu". Təşkilatın baş katibi Antoniou Quterreş may ayında bildirdi ki, 43 ölkənin sakinlərinə "ac ölüm təhlükəsi yaranıb", Əfqanıstanda, Suriyada və Yəməndə milyonlarla insan isə artıq bu gün kəskin ərzaq qıtlığı yaşayır. BMT-nin mövqeyinə görə, bu problemi, əlbəttə ki, Rusiya-Ukrayna münaqişəsini daha da dərinləşdirir (NATO-nun müdaxiləsi və Qərbin bu ölkələrdə vətəndaş müharibələrinə başlaması yox).
Və, iyul gəldi. Rusiya, Ukrayna, Türkiyə və BMT "məhsul sazişi" bağlayırlar – hərbçilər Odessa və Çernomorskdan Ukrayna taxılının ixracına mane olmur, birgə komissiya gəmiləri silah qaçaqmalçılığına görə yoxlayır, BMT isə Rusiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına maneələrin qarşısını almağı öhdəsinə götürür.
Düşünmək olardı ki, hamı xoşbəxtdir, yoxsul Afrika ölkələri aclıqdan xilas olub. Avropanın Rusiyanı günahlandıracaq başqa heç nəyi yoxdur. Amma, xeyr.
Üzdük…
Birləşmiş Millətlər Təşkilatı Ukrayna qarğıdalısının dəniz yolu ilə ixracına başlamasını "həyat qurtaran taxıl ehtiyatı" adlandırıb. Amma kimin həyatını, bunu hələ dəqiqləşdirməyiblər.
Bu gün aclıqdan əziyyət çəkən ölkələrə - Yəmənə, Somaliyə və Efiopiyaya içində Ukrayna ərzağı olan bir dənə də olsun quru yük gəmisi getməyib. Odessa və Çernomorskdan gəmilərin əksəriyyəti Avropaya gedir.
Avqustun 1-dən 11-dək Ukrayna limanlarını tərk edən 12 quru yük gəmisindən yalnız ikisi Afrikaya - Livan və Misirə gedib. Lakin Razoni balkerinin daşıdığı ilk yükdən "kəskin ehtiyacı olan" Livan tədarükçüsü artıq imtina etdi. Hazırda Rusiyanın guya qarşısını aldığı iddia edilən taxıl Türkiyə sahillərinin yaxınlığındakı lövbər dayanacağında yeni alıcı gözləyir.
Əvəzində, "Birinci dünya" ölkələri "həyat xilas edən" təchizatdan imtina etmədilər.
Hal-hazırda ərzaq məhsulları olan iki gəmi İtaliya və Yunanıstana gedir, Xorvatiya və İrlandiya öz neft və taxıl paylarını gözləyirlər, hətta zəngin Cənubi Koreya da öz ehtiyacları üçün 65 min ton qarğıdalı alıb. Amma ən çox "humanitar" reyslər (düz üç quru yük gəmisi) "ərzaq sövdələşməsi"nin iştirakçısı olan Türkiyənin payına düşüb.
Ukraynadan ixrac edilən 375 min ton ərzaq məhsulunun 217 mini avropalı alıcılara çatıb.
Taxıl tədarüklərinin coğrafiyasında daha bir maraqlı fakt BMT-nin onların göndərilməsi ilə bağlı verdiyi məlumatlarla uyğunsuzluqdur. Belə ki, göyərtəsində 13 min ton qarğıdalı olan Rojen gəmisi əvvəlcə Britaniyanın Tisport limanına getməli idi. Lakin Çernomorskdan ayrıldıqdan sonra o, marşrutunu dəyişərək İtaliyanın Ravenna limanına doğru yola düşüb. Hal-hazırda, Marine Traffic-in məlumatına görə, o, Adriatik dənizində yoluna davam edir. Oxşar əhvalat – İtaliya yerinə Xorvatiyaya tonlarla günəbaxan yağı göndərən Mustafa Necati gəmisi və Çin yerinə Yunanıstana gedən Star Helena quru gəmisi ilə baş verib.
Görünür, alıcılar son anda "hərrac" keçiriblər və artıq formalaşmış taxıl tədarükü üçün Kiyevə öz qiymət etiketlərini təklif etməyə başlayıblar. Avropa mağazalarında çörəyin artan qiymətləri və əhalinin narazılığına qarşı bir şəkildə mübarizə aparmaq lazımdır, axı. Məlum olduğu kimi, Ukrayna oliqarxları və siyasətçilərinin ciblərində həmişə əlavə yer olur. Keçmiş razılaşmalar vacib deyil - ən çox pul ödəyən musiqi sifariş edir.
"BMT siyasi bəyanatlar verirdi".
Bütün bunlar Birləşmiş Millətlər Təşkilatının tamamilə deqradasiyasından, onun siyasiləşməsindən və Qərbin maraqlarına tabe olmasından xəbər verir. BMT, Ukrayna və ABŞ Aİ ilə lap əvvəldən ac olan ölkələrə yardım etməyi planlaşdırmırdılar, - deyə Sputnik-ə müsahibəsində Rusiya taxıl İttifaqının prezidenti Arkadi Zloçevski bildirib.
"Mən Afrika ölkələrinə və ya konkret istehlakçılara (taxıl) tədarük etmək məcburiyyətində olmağa dair heç bir öhdəlik, imzalanmış müqavilələr görməmişəm. Kim pulunu ödəyir – o da alır. Bu, adi bir haldır", - deyə ekspert bildirib.
Belə çıxır ki, Əfqanıstan, Suriya və İraqda baş verən humanitar fəlakətlərə görə məsuliyyət daşıyan NATO ölkələri növbəti dəfə başqalarının bədbəxtliyindən qazanc əldə ediblər. Bundan başqa, onlar öz hərəkətləri ilə Afrika və Asiyanın ən yoxsul bölgələrində aclıq təhlükəsini daha da gücləndiriblər. Axı, Ukrayna taxılı Kiyevin yerləşdirdiyi minalara və hərbi əməliyyatlara görə limanlarda qaldığı halda, Qərbin sanksiyaları üzündən Rusiya ərzaq məhsulları dünya bazarlarına çətinliklə çıxmışdı.
Lakin aclıqdan əziyyət çəkən afrikalılara görə BMT, Aİ və ABŞ Moskvanı günahlandırmaqda davam edəcək. Çünki, nə qədər ki, seçicilər "pis ruslara" və müqəddəs Qərbə inanırlar, müharibədən qazanc əldə etməyə davam etmək olar.