BAKI, 12 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsinin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və sertifikatlar təqdim edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə beynəlxalq müsabiqənin hakimlər heyətinin tərkibi dəqiqləşdirilərək onların səlahiyyət və vəzifələri, həmçinin müsabiqənin mükafat və cərimə ballarının hesablanması prinsipləri müəyyənləşdirilib.
Qeyd edək ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.