BAKI, 12 avqust — Sputnik. Dünyada qaza tələbat azaldığı dövrdə neftə tələbat artır.
APA-nın xəbərinə görə, bu məlumat Beynəlxalq Enerji Agentliyinin son hesabatında yer alıb. Səbəb qazın bahalaşmasıdır.
Agentlik neftə sutkalıq tələbatla bağlı son proqnozunda dəyişiklik edib. Belə ki, ilin sonunadək sutkalıq sərfiyyat 380 000 barel artırılaraq 2,1 milyon barelə çatdırılıb. Proqnoza görə 2023-cü ildə neftə tələfat koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatacaq.
Beynəlxalq Enerji Agentliyi bildirir ki, qaz və elektrik son 3 ayda kəskin bahalaşdığı üçün bir çox ölkə qazdan neftə keçid edib.