TƏHSİL

Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayıb

Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qrupları üçün məktəb seçimi sentyabrın 14-də yekunlaşacaq
Sputnik
BAKI, 11 avqust — Sputnik. Bu gündən tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qrupları üçün məktəb seçimi prosesinə start verilir.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.
Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.
CƏMİYYƏT
Bağçalara işə qəbul üzrə müsabiqənin qiymətləndirmə çərçivəsi hazırlanıb