HADİSƏ

Şahdağda əcnəbi turistlər qəzaya düşdü

Şahdağ yolu ərazisində ərəb turistlər qəzaya düşüb, yaralananlar var
Sputnik
BAKI, 11 avqust — Sputnik. Qusarda turistlər qəzaya düşüb, yaralananlar var.
Hadisə rayonun Şahdağ yolu ərazisində qeydə alınıb. "Report"un xəbərinə görə, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) vətəndaşının kirayə götürərək idarə etdiy "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çarpılıb. Nəticədə BƏƏ vətəndaşları - 1995-ci il təvəllüdlü Aldaşsari Masri Haqtan oğlu və onun həyat yoldaşı, 1993-cü il təvəlludlü Alşuthaylan Shaykhan Shijaa qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
HADİSƏ
Bakı-Sumqayıt yolunda zəncirvari qəza