İQTİSADİYYAT

Quru meyvələr istehsalı üçün dörd milyon manatlıq müqavilə - CƏDVƏL

Azərbaycan İnvestisiya Şirkəti ilə "Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 mln. manat investisiya qoyulması barədə müqavilə imzalanıb
Sputnik
BAKI, 11 avqust — Sputnik. Azərbaycan İnvestisiya Şirkəti ilə "Balxurma" MMC arasında 4 milyon manatlıq müqavilə imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Qeyri-neft sektorunun inkişafına xidmət edən daha bir uğurlu layihə! Azərbaycan İnvestisiya Şirkəti ilə "Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 mln. manat investisiya qoyulması barədə müqavilə imzalanıb", - nazir qeyd edib.
M.Cabbarov vurğulayıb ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.
Qeyd edək ki, bütün rayonlar meyvə istehsalı ilə məşğul olur. Bu isə o deməkdir ki, meyvə qurusu və püresi istehsalı üçün ölkədə xammal bazası mövcuddur.
Ölkədə quru meyvə istehsalı son 4 il ərzində yüksək artım tempi ilə inkişaf etməkdədir və 2020-ci ildə 2017-ci illə müqayisədə 9,6 dəfə artıb.