NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC Azərbaycanda karbohidrogenlər hasilatı üzrə proqnozunu dəyişməyib

OPEC-in hesabatına görə, gələn il Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır
Sputnik
BAKI, 11 avqust — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
Bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.
OPEC-in proqnozuna görə, cari ildə sözügedən göstərici 800 min barel səviyyəsində olacaq ki, bu da elə iyul ayında verilən proqnoza bərabərdir.
Hesabata əsasən, gələn il ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.