BAKI, 11 avqust — Sputnik. Almaniyada gündə təxminən 200 dəfə banlayan "Maqda" adlı xoruzun sahibi məhkəməyə verilib. Məlumatı "TRT Haber" yayıb.
Qeyd olunub ki, qonşular xoruzun səhər saat 8-dən gündə 200 dəfə banlamasının "işgəncə" olduğunu bildiriblər.
"Maqda"nın sahibi 50 yaşlı Maykl toyuq saxladığı üçün xoruza ehtiyacı olduğunu söyləyərək özünü müdafiə edib:
"Toyuqların xoruza ehtiyacı var. Yoxsa onlar bir-birlərini yolarlar".
Maykl 2018-ci ildə 5 cücə aldığını, ancaq onlardan birinin xoruz olduğunu bildirib.