BAKI, 11 avqust — Sputnik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında araşdırmalara başlanılıb.
Hazırda İdarə tərəfindən xəstəxanada araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib. Bildirilib ki, araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, bir müddət öncə “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılmışdı.