Ötən cümə gecəsi Kubanın Matanzas əyalətində neft anbarına ildırım düşüb. Bu, insan tələfatı və yaralanmalara gətirən böyük yanğına səbəb olub. Kuba hökuməti yanğınla mübarizə üçün beynəlxalq yardım istəyib.
Yardım çağırışına Venesuela və Meksikadan mütəxəssislər gəlib. Yalnız avqustun 10-na keçən gecə ərazidə alovu lokallaşdırmaq mümkün olub.
Eyni zamanda, neft çənlərində yanma halları hələ də müşahidə edilir və risk qalmaqdadır.
Hadisə nəticədə dörd neft çəni tamamilə məhv olub. On doqquz nəfərin müalicəsi davam etdirilir, daha 106 nəfər evə buraxılıb. Bir nəfər həlak olub.
Sözügedən kompleks neft ehtiyatları saxlandığı və Kubanın qərb hissəsi üçün ciddi əhəmiyyət kəsb edən mühüm obyektlərdən biridir.