VİDEO

Vavilov: Tayvanda müharibə Rusiyanı Çinin ən mühüm tərəfdaşına çevirəcək

Çin donanması hərbi təlimlər çərçivəsində artıq Tayvan boğazına və orada üzən gəmilərə nəzarət edir. Amerika-Çin qarşıdurması necə bitəcək - Sinoloq Nikolay Vavilov Sputnik-ə bu barədə danışıb.
Sputnik
Tayvan böhranı kəskinləşdikcə, ABŞ kəşfiyyat agentlikləri Çinə qarşı durmaq üçün getdikcə daha çox resurs göndərməyə başlayır. Bunu sinoloq-publisist, Çin haqqında kitabların müəllifi Nikolay Vavilov deyib.
Eyni zamanda, o qeyd edir ki, Qərb praktiki olaraq özünə zərər vermədən Çinə cavab vermək iqtidarında olmayacaq.
Çin təlimləri Tayvanda tammiqyaslı hərbi əməliyyatla yekunlaşacaqmı?
Tayvan ordusunda Çinə münasibət necədir? Tayvandakı müharibə Rusiyanı Çinin ticarət tərəfdaşlarının liderlərindən birinə necə çevirəcək və Çinin siyasətinə necə təsir göstərməyə imkan verəcək? Bütün bu sualların cavablarına müsahibəmizdə baxın.