Türkiyə Rusiyadan zenit-raket komplekslərinin bundan sonra da alınmasında maraqlıdır. Ukrayna ərazisindəki istənilən hərbi hədəf, Rusiya və onun silahlı qüvvələri üçün real təhlükə yarandığı təqdirdə, onun məhv edilməsi baxımından qanunidir. Bunu Sputnik Azərbaycan-a müsahibəsində "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
"Bayraktar" pilotsuz uçuş aparatlarının Rusiya tərəfindən alınması və ya lisenziyalı istehsalının mümkünlüyü Moskva və Ankara arasında hərbi-texniki razılaşmaların mövzusudur", - deyə Korotçenko bildirib.
Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlığa gəlincə, ekspert bildirib ki, "uzun mənzilli S-400 zenit-raket komplekslərinin alay dəstinin tədarükü üçün böyük müqavilə var və o, artıq yerinə yetirilib".
"Türkiyə, həmçinin, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasında da maraqlı olduğunu bildirib. Bu, ikinci alay S-400 dəstinə, eləcə də Türkiyənin ən mühüm obyektlərin terror hücumlarından qorunması üçün Tor-M2 sonuncu müdafiə xətti zenit-raket komplekslərinin alınması zərurətinə aiddir", - deyə Korotçenko sözünü yekunlaşdırıb.
Daha ətraflı videoda dinləyin.