RUSİYA

İordan çayının qərb sahilində atəşkəsin pozulmasından əl çəkməyə çağırırıq - Rusiya XİN

Mariya Zaxarova Fələstin və İsrail arasında Ərəb Sülh Təşəbbüsünün məlum qətnamələri əsasında yekun statusun bütün məsələləri üzrə mənalı və səmərəli danışıqların aparılması zərurətini qeyd edib.
Sputnik
BAKI, 10 avqust - Sputnik. Moskva Fələstin-İsrail münaqişəsi sahəsində gərginliyin yeni raundundan narahatdır və tərəfləri 7 avqust 2022-ci il tarixli atəşkəs razılaşmalarının pozulmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Moskva Fələstin-İsrail münaqişəsi zonasında zorakılığın yeni artımından ciddi şəkildə narahatdır. Biz bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə və cari ilin avqustun 7-də əldə edilmiş irəliləyişi pozacaq addımlar atmamağa çağırırıq. Qəzza zolağındakı yaraqlılarla İsrail ordusu arasında atəşkəs razılaşması”, deyə o, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan şərhində yazıb.
Diplomatın sözlərinə görə, Fələstin və İsrail arasında “BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, eləcə də Ərəb Sülh Təşəbbüsünün məlum qətnamələri əsasında yekun statusun bütün məsələləri üzrə” mənalı və səmərəli danışıqlar aparmaq lazımdır.