DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask "Tesla" səhmlərini neçəyə satdı

İstiqrazların satışı üzrə sövdələşmələr fonunda şirkət səhmlərinin dəyərinin aşağı düşməsi müşahidə edilib.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Amerikalı milyarder İlon Mask Tesla-nın 6,88 milyard dollarlıq səhmlərini satıb. Bu barədə ABŞ qiymətli kağızlar Komissiyası məlumat yayıb.
Dərc olunmuş sənədlərdən göründüyü kimi, istiqrazların satışı üzrə sövdələşmələr avqustun 5, 8 və 9-da həyata keçirilib. Bunun fonunda şirkət səhmlərinin dəyərinin aşağı düşməsini nümayiş etdirib.
Belə ki, cümə günü onların qiyməti 6,6% aşağı enib, bazar ertəsi 0,8% artıb, çərşənbə axşamı isə 2,4% ucuzlaşıb.
KP.RU saytının daha əvvəl yazdığı kimi, İlon Mask Twitter sosial şəbəkəsini əldə etmək üçün sövdələşməni davam etdirə biləcəyini söyləyib və bunun üçün şirkətin yerinə yetirməli olduğu şərti açıqlayıb. Bu barədə iş adamı şənbə günü, avqustun 6-da məlumat verib.
Mask bildirib ki, şirkət ona sosial şəbəkədəki yüzlərlə hesabın seçilməsi texnologiyasından tutmuş onların həqiqiliyinin yoxlanılması meyarlarına qədər bütün prosesləri nümayiş etdirməlidir.