CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində təmir işləri aparılacaq

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışı 2019-cu ildə olub. Bakı Nəqliyyat Agentliyi açıq tenderə yekun vurub
Sputnik
BAKI, 10 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində təmir və bərpa işlərinin aparılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "ORN Group" MMC-dir.
Qalib şirkətə 645 min manat ödəniləcək.
Xatırladaq ki, bu mərkəz şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran nəqliyyat infrastrukturudur.
2019-cu ilin sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.