HƏRBİ

Hərbi qeydiyyata alınan vətəndaşlar icbari narkoloji müayinəyə göndəriləcək

Silahlı Qüvvələrin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı icbari narkoloji müayinəyə göndəriləcək.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Nazirlər Kabineti bir sıra qərarlara dəyişikliklər edilib. Qeyd edək ki, "Azərbaycan Respublikasının Narkoloji xidmət və nəzarət haqqında" qanuna müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirməsi ilə bağlı müddəa əlavə edilib.
Bundan irəli gələrək bir sıra qərarlara dəyişiklik edilməsi zərurəti yaranıb.
Silahlı Qüvvələrin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı icbari narkoloji müayinəyə göndərilir.
Qan testi, arxiv şəkli
Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün icbari narkoloji müayinəyə göndərilə bilər.
Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sağlamlığının yoxlanması qaydasına Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə müvafiq qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçmələri ilə bağlı müddəa əlavə edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydasının təsdiq edilməsi haqqında", "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında", "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" və "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nın təsdiq edilməsi haqqında" qərarlarına dəyişiklik edilib.