BAKI, 10 avqust — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.
Azərbaycan vэ Əlcəzair xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş
© Photo : MFA Azerbaijan
Qeyd edək ki, bu gün Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın Azərbaycana səfəri başlayıb.
C.Bayramov Ramtan Lamamranı nazirliyin önündə qarşılayıb.