BAKI, 10 avqust — Sputnik. Kiyevin Zaporojye AES-ə endirdiyi zərbələr ətrafında yaranmış situasiyada dünya kənarda dayanıb, BMT katibliyi MAQATE-nin missiyasını əngəlləyərək məsuliyyətsiz davranışa yol verib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Mənə elə gəlir ki, nüvə enerjisi problemi, o cümlədən texnogen fəlakətlərin nəticələri, ümumiyyətlə, bu problemlər ilə məşğul olan BMT Katibliyi proseslərdən kənarda dayandığını başa düşməlidir. Bunlar dünyanın rifahı, inkişafı, alternativ enerji mənbələrinin axtarışı üçün eksperimentlər aparan alimlərin təhlükəli təcrübələri deyil və bunlar Kiyev rejiminin dağıdıcı xarakter daşıyan tamamilə qanunsuz fəaliyyətinin tərkib hissəsi olan cinayət əməlləridir və heç bir coğrafi sərhədlə məhdudlaşmayacaq", - deyə o, Sputnik radiostansiyasında bildirib.
"BMT Katibliyinin bu qərarı təhlükəsizlik çərçivəsində bəzi ifrat davranışların qarşısını almaq istəyi ilə əsaslandırılmış qərar deyil. Zaporojye AES-ə beynəlxalq yoxlama ilə Qrossinin səfərini əngəlləyən bu qərar bir sıra təhlükəli hadisələrə səbəb ola biləcək məsuliyyətsizlikdir", - Zaxarova vurğulayıb.
Atom elektrik stansiyası, arxiv şəkli
© AFP 2024 / ANDREW CABALLERO-REYNOLDS
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, BMT Katibliyinin Təhlükəsizlik Departamenti MAQATE-nin baş direktorunun Zaporojye AES-ə səfərinə razılıq verməyib və bu, Kiyevə AES ərazisində yenidən təxribatlar törətməyə imkan verib.
Bundan əvvəl MAQATE rəhbəri Rafael Qrossi Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasından narahatlığını bildirib. Onun sözlərinə görə, AES-in təhlükəsizliyini təhdid edən hərbi hərəkətlər "tamamilə yolverilməzdir və nəyin bahasına olursa-olsun qarşısı alınmalıdır".
Qrossi Atom Elektrik Stansiyalarında təhlükəsizlik, mühafizə və təminatı üzrə MAQATE ekspertlərinin missiyasına rəhbərlik etməyə hazır olduğunu vurğulayıb. Xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna hərbçiləri bir neçə dəfə atom elektrik stansiyasının ərazisinə hücum etməyə cəhd ediblər.
Bir neçə artilleriya hücumu nəticəsində AES ərazisində yanğın baş verib, enerji bloklarının fəaliyyəti üçün zəruri olan iki elektrik xətti kəsilib. AES-də 3 nömrəli enerji blokunun avadanlıqlarının bir hissəsi enerjisizləşdirilib, 4 nömrəli enerji blokunun generasiya gücü azaldılıb.
MAQATE rəhbərliyi Zaporojye Atom Elektrik Stansiyasının Ukrayna hərbçiləri tərəfindən atəşə tutulması ilə bağlı risklərdən xəbərdardır, lakin onların qarşısını almaq üçün real tədbirlər görmür, Zaporojjya vilayəti administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib.