BAKI, 10 avqust - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ABŞ-ın ölkələrin və xalqların taleyinə nəzarət etmək üçün nə hüquqi, nə də mənəvi əsaslara malik olduğunu xatırladıb.
Xatırladaq ki, Pelosi bir qədər əvvəl ABŞ-ın Çinin Tayvanı təcrid etməsinə icazə verməyəcəyini bəyan edib.
"ABŞ-ın ölkələrin və xalqların taleyini müəyyən etmək üçün nə hüquqi, nə də mənəvi əsasları var", - deyə Zaxarova Telegram kanalında yazıb.
Diplomat həmçinin ABŞ dövlət katibinin bu yaxınlarda dövlətləri bütün ölkələrin suverenliyinə və müstəqilliyinə hörmət etməyə çağırdığını xatırladıb.
Lakin, Zaxarovanın sözlərinə görə, Pelosi yəqin hesab edir ki, bu məntiq ABŞ-a aid deyil.