TƏHSİL

"Abituriyent" jurnalının subbakalavrlar üçün xüsusi buraxılışı nəşr edilib

Jurnalı "Abituriyent" satış köşkündən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi orta ixtisas təhsili pilləsi üzrə subbakalavr peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışını nəşr edib.
Mərkəzdən bildirilib ki, xüsusi buraxılışda "2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı", "Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli" və digər faydalı məlumatlar təqdim olunub.
Qeyd edək ki, jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.