BAKI, 9 avqust — Sputnik. Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya vətəndaşlarını Avropa İttifaqı və digər Qərb ölkələrindən təcrid etmək tələbini boş təşəbbüs hesab edirik. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bəyanat kifayət qədər öz sözünü deyir. Buna yalnız son dərəcə mənfi baxmaq olar. Rusiyalıları və ya Rusiya Federasiyasını təcrid etmək cəhdlərinin heç bir perspektivi yoxdur. Zelenski başa düşməlidir ki, Rusiyanı cəzalandırmağa çalışan Avropa ölkələri, artıq bunun hesabını ödəyirlər. Gec-tez bu ölkələr Zelenskinin hər şeyi düzgün edib-etmədiyinə dair suallar verməyə başlayacaqlar. Ukrayna tərəfi bundan xəbərdar olmalıdır", - deyə Peskov bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən bütün Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan etməyi tələb edib.
Daha sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Zelenskinin bütün rusiyalılar bağlı bəyanatını Hitlerin ideyaları ilə müqayisə edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.