RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: Ukraynada “Bayraktar” zavodu demilitarizasiyaya məruz qalacaq

Ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb.
Sputnik
BAKI, 9 avqust - Sputnik. Əgər Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, onlar dərhal demilitarizasiyaya məruz qalacaq.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Dərhal demilitarizasiyaya məruz qalacaq belə obyektin yaradılması faktı yəqin ki, ukraynalıların əzablarını uzadacaq, amma xüsusi hərbi əməliyyatın əsas hədəflərindən yayınmağa imkan verməyəcək. Bunu anlamaq lazımdır”, - o deyib.
Xatırladaq ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.