RUSİYA

"Ordu-2022"-də yenilik - ekipajsız döyüş maşını

Nümayiş olunacaq PDM-3 robotlaşdırılmış "Sinitsa" döyüş modulu ilə təchiz olunub.
Sputnik
BAKI, 9 avqust — Sputnik. "Ordu-2022" beynəlxalq hərbi-texniki forumunun dinamik nümayişində ilk dəfə olaraq ekipajsız robot PDM-3 iştirak edəcək. Bu barədə "Rostex" dövlət korporasiyası bazar ertəsi jurnalistlərə verdiyi məlumat verib.
"Dinamik nümayişdə ilk dəfə olaraq döyüş moduluna malik robotlaşdırılış PDM-3 öz imkanlarını nümayiş etdirəcək. Robot avtomobil "Yüksək dəqiqlik kompleksləri" holdinqinin müəssisələrinin - Kurqan maşınqayırma zavodunun və "Siqnal" ümumrusiya elmi-tədqiqat institutunun birgə layihəsidir", - deyə korporasiyadan bildiriblər.
"Yüksək dəqiqlikli komplekslər" holdinqindən RİA Novosti-yə bildirilib ki, robot nümayiş etdirilən zaman o, uzaqdan idarə olunacaq. Yeni maşın robotlaşdırılmış "Sinitsa" döyüş modulu ilə təchiz olunub.
Ümumilikdə, "Rostex" "Ordu"da 1000-dən çox silah və hərbi texnika nümunəsini nümayiş etdirəcək.
Xüsusilə, "Uralvaqonzavod" konserni döyüş əməliyyatlarında özünü uğurla sübut etmiş texnikanı təqdim edəcək. Bu texnikaya T-90MS tankı, o cümlədən, "Terminator" tanklarını dəstəkləyən Tank dəstəyi döyüş vasitəsi (TDDV) döyüş maşını, avtomatlaşdırılmış atəşi idarə etmə sisteminə malik Msta-S 152 mm-lik özüyeriyən haubitsa, onun 155 mm çaplı versiyası və s. daxildir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun daha əvvəl bildirdiyi kimi, avqustun 15-dən 21-dək Moskva yaxınlığındakı Kubinkada keçiriləcək "Ordu" forumunda xaricilər də daxil olmaqla 1500-ə yaxın müəssisə və təşkilatın iştirakı planlaşdırılıb. O, sərgi zamanı hərbi-sənaye kompleksi şirkətləri ilə 522 milyard rubldan çox məbləğdə dövlət müqavilələrinin imzalanacağını bildirib.