NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dünyada neftin qiyməti ucuzlaşıb

Dünyada neftin qiymətləri yenə də müxtəlif istiqamətdə dəyişib.
Sputnik
BAKI, 9 avqust — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,24% azalaraq 1 barelə görə 96,42 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,22% azalaraq 90,56 dollar təşkil edib.