BAKI, 9 avqust — Sputnik. ABŞ Kiyevə əlavə yardım göstərməklə Ukrayna münaqişəsinin alovuna yağ tökməkdə davam edir. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov diplomatik missiyanın Teleqram kanalında şərhində bildirib.
Bu günlərdə Vaşinqton Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
"Vaşinqton Ukrayna münaqişəsinin alovuna yağ tökməkdə davam edir. Bu məqsədlər üçün əlavə 1 milyard dolların ayrılması ABŞ-ın ağlın səsinə qulaq asmaq niyyətində olmadığını, böhranı sülh yolu ilə nizamlanmaya töhfə vermək niyyətində olmadığını təsdiqləyir," - nəşrdə belə deyilir.
Səfirin sözlərinə görə, Amerika Birləşmiş Ştatları Rusiya ilə "qarşıdurmada təhlükəli xəttə yaxınlaşaraq münaqişəyə getdikcə daha çox cəlb olunur".
"Belə bir xətt sülh və təhlükəsizlik üçün heç bir xeyir verməyəcək, bu, yalnız Ukrayna rejiminin aqoniyasını uzadacaq", - deyə Antonov sözünü yekunlaşdırıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.