BAKI, 8 avqust — Sputnik. İsveçrənin elektrik enerjisi üzrə Federal komissiyasının (ElCom) prezidenti Verner Lyuqinbyul həmvətənlərini qışa qədər şam və odun ehtiyatını tədarük etməyə səsləyib. O, bu barədə NZZ am Sonntag-a müsahibəsində bildirib.
Komissiya rəhbəri xəbərdarlıq edib ki, ölkəni sərt qış gözləyir. Onun sözlərinə görə, elektrik enerjisinin kəsilməsi istisna edilmir.
"Ən pis halda hər kəs qarşıdan gələn qışda işıqların kəsilməsinə, bəzi ərazilərdə hətta bir neçə saatlıq rəsilməsinə hazırlaşmalıdır. Ona görə də evdə kifayət qədər şam ehtiyatının olması müdrikdir. Odun sobası olanlar kifayət qədər odun ehtiyatı saxlamalıdırlar", -deyə Lyuqinbyul bildirib.
Komissiya sədri əlavə edib ki, onun özü artıq həmişəkindən daha çox odun, eləcə də cib fənərləri və onlar üçün batareya ehtiyatı alıb və vurğulayıb ki, "Avropada elektrik enerjisi və qazın kütləvi qıtlığı ilə üzləşmək riski var".
"Müxtəlif risklərin birləşməsi ölkəmizdə heç vaxt görülməmiş tədbirlərə ehtiyaca səbəb ola bilər", - deyə Lyuqinbyul sözünə davam edib.
ElCom-un rəhbəri onu da qeyd edib ki, Avropa elektrik enerjisi və qazın geniş miqyaslı qıtlığı ilə üzləşmək riski altındadır.