BAKI, 8 avqust — Sputnik. Qəzza zolağında bir neçə gün davam edən gərginlikdən sonra tərəflər atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gələ biliblər. İsrail ordusu bundan əvvəl "İslami Cihad" qruplaşmasına qarşı əməliyyat keçirərək, onlarla obyektə, o cümlədən gizli silah zavodları və anbarlarına zərbələr endirib. Öz növbəsində İsrail ərazisinə bir neçə yüz raket atılıb.
Fələstin anklavının səhiyyə nazirliyinin bazar günü yenilənmiş məlumatlarına görə, əraziyə endirilən zərbələr nəticəsində uşaqlar da daxil olmaqla 43 nəfər ölüb, daha 311 nəfər yaralanıb.
Bazar günü axşam saatlarından başlayaraq, ümumilikdə tərəflər yerli vaxtla saat 23:30-da qüvvəyə minən atəşkəsə riayət ediblər.