BAKI, 8 avqust — Sputnik. Rusiya Prezidentinin insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova 2022-2023-cü illər üçün birgə fəaliyyət haqqında saziş imzalamaq üçün bu həftə Türkiyə ombudsmanı Şərəf Malkoç ilə görüşəcək. Bunu T.Moskalkova özünün Telegram kanalında bildirib.
"Biz 2022-2023-cü illərdə birgə fəaliyyətə dair əlavə protokol imzalamaq üçün bu həftə İstanbulda Türkiyənin insan hüquqları üzrə müvəkkili Şərəf Malkoç ilə görüş təyin etmişik", - deyə məlumatda bildirilir.
Moskalkova Türkiyə ombudsmanı ilə hansı mövzuları müzakirə etməyi planlaşdırdığını bildirib.
"Biz, həmçinin Türkiyədəki soydaşlarımıza humanitar yardımın göstərilməsi, o cümlədən əmək miqrasiyası, iqtisadi və vətəndaş hüquqları sahəsində insan və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı bir neçə konkret işi müzakirə etməyi planlaşdırırıq", - deyə o yazıb.