RUSİYA

Riqada vəziyyəti düzəltmək haqda düşünmür - Rusiya XİN

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Rusiyanın müraciətini anlamayıb və notaları son dərəcə kinli şəkildə şərh edib.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Latviya hakimiyyəti hüquq-mühafizə orqanlarının Rusiya əleyhinə təxribatları ilə bağlı vəziyyəti düzəltmək barədə düşünmür, Rusiya mümkün cavab tədbirlərini nəzərdən keçirəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında bildirib.
Diplomat xatırladıb ki, ötən gün Latviya hüquq-mühafizə orqanlarının təxribat xarakterli hərəkətləri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Atatsiya Rutkanı çağırıb və ona iki etiraz notası təqdim edilib.
"Eyni zamanda, Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bizim müraciətimizi anlamadı və Rusiya Xarici İşlər Nazirliyinin notalarını son dərəcə kinli şəkildə şərh etdi və qeyd etdi ki, Rusiya tərəfinin etiraz etməsi mənasızdır. Diplomat Latviya ərazisində baş verənləri, həmçinin Latviya Respublikasının hakimiyyət orqanlarının milli təhlükəsizlik maraqları naminə fəaliyyət göstərməyə davam edəcəklərini bildirib. Cənab Rinkeviçsin bəyanatları bir daha təsdiq edir ki, onlar Riqada vəziyyəti düzəltmək haqda düşünmürlər" - deyə diplomat vurğulayıb.
"Bu baxımdan, beynəlxalq münasibətlərə uyğun olaraq biz mümkün cavab tədbirlərini nəzərdən keçirəcəyik", - XİN-in rəsmi nümayəndəsi bildirib.
İyulun 22-də Rusiya Avtomobil Sığortaçılar İttifaqının (RSA) prezidenti İqor Yurgens Baltikyanı Forum üçün Baltikyanı ölkələrə gedə bilməyib, iqtisadçı Latviya ilə Belarus sərhədində saxlanılıb. Onun sözlərinə görə, rusiyalı diplomatlar Latviya hakimiyyətinə etiraz notası göndəriblər və buna cavab gözləyirlər.
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev iyulun 27-də keçirdiyi brifinqdə bildirib ki, Latviya hakimiyyət orqanları ölkəyə daxil olan rusiyalılardan Rusiyanın siyasəti ilə razılaşmadıqlarını bildirən sənəd imzalamağı tələb edirlər. Bundan imtina edildiyi təqdirdə, giriş məhdudlaşdırılır.