RUSİYA

Milli valyutaya keçidin məqsədi nəyisə sarsıltmaq deyil, dollar onsuz da etibarsızdır

RF prezidentinin sözçüsü deyib ki, hesablaşmalarda milli valyutalara keçməyin məqsədi nəyisə "məhv etmək" deyil, sadəcə olaraq dollar artıq etibarlı valyuta deyil.
Sputnik
BAKI, 8 avqust - Sputnik. Bir çox ölkələr ABŞ dollarının etibarlı ehtiyat valyutası olmaqdan çıxdığı qənaətindədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təəssüf ki, dollar emissiya edən ölkə öz hərəkətləri ilə bu valyutaya olan inamı sarsıdıb və buna görə də tamamilə təbii şəkildə bir çox ölkələr öz ticarət dövriyyələrində dolların payını azaltmaq və onların milli valyutalarında hesablaşmaların payını artırmaq üçün imkanlar axtarırlar", - deyə Kreml nümayəndəsi bildirib.
O qeyd edib ki, bu cür proseslər dolları "öldürmək" məqsədi daşımır. Peskov bildirib ki, analoji proses Rusiya ilə Türkiyə arasında da müşahidə olunur.
RF prezidentinin mətbuat katibi prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında avqustun 5-də Soçidə Rusiya qazının tədarükünün rublla qismən ödənilməsinə dair danışıqlardan sonra əldə olunan razılaşmanı xatırladıb.
“Bu, çox mühüm addımdır. Ümid edirik ki, milli valyutaların payı artmaqda davam edəcək”- deyə Peskov fikrini tamamlayıb.