TƏHSİL

Əllidən artıq bağça müdiri işdən çıxarılıb

Otuza qədər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində intizam tənbeh tədbiri tətbiq olunub.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.
Nazirlikdən verilən xəbərə görə, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.
Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.
Eyni zamanda, 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
Qeyd edək ki, ötən ay açıqlanan rəqəmlərə görə, 10 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Həmin müddətdə 3 nəfər bağça müdiri əvəzinin həvalə əmri ləğv olunub, 6 nəfər bağça müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5 nəfərə töhmət, 2 nəfərə isə xəbərdarlıq verilib.